• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 oktyabr 2026-cı il 

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

    Oktyabrın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər gününə həsr olunmuş, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının müəllimləri: Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının və dosent Gülnarə Mirzəyeva tələbələrinin iştirakı ilə tədbir keçirilib.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Ümummilli lider Heydər Əliyevin və Ali baş komandan, prezident İlham Əliyevin tarixi çıxışlarını əks etdirən  videoçarx nümayiş etdirilib.

    Muzeyin şöbə müdiri Əzirə Abdullayeva çıxışında 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətindən və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bəhs edib. 

    Tədbirin bədii hissəsində respublika və beynəlxalq müsabiqələrin laureatları Səma Mustafayeva, Cahan Tağızadə, Aişə Fətəliyeva, Nərgiz Rəsulova, Şəhla Yusibova, Gülgün Abdullazadə, Maya İsmayıllı, Rasimə Abdullayeva, Leyla Balayeva,  Alisa Elagina və Əli Vəliyev çıxış  ediblər.

    Konsert proqramında ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini təqdim ediblər və onların  ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.  

    Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova müəllim və tələbələrə təşəkkürünü bildirib və tədbir iştirakçılarını 8 Noyabr -  Zəfər Günü münasibətilə təbrik edib.