28 oktyabr 2026-cı il
28 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib və konsert proqramı təqdim edilib.
Rəsmi çıxışlardan sonra mərasim "Gələcəyin səsləri" (One Humanity) adlı bədii proqramla davam edib. Proqram dünyaşöhrətli violençel ifaçısı və dirijor, bakılı Mstislav Rostropoviçlə (1927-2007) məşhur ispan çello ifaçısı, bəstəkar və dirijor Pablo Kazalsın (1876-1973) süni intellekt əsaslı dialoqu üzərində qurulub. Bu "görüşdə" musiqi vasitəsilə azadlıq və sülh ideyaları diqqət mərkəzinə çəkilir.
Simfonik orkestrin ifasında İ.S.Bax, A.Vivaldi, Q.Qarayev, F.Əmirov, D.Şostakoviç, F.Mendelson, F.Əlizadə və P.Kazalsın əsərləri səsləndirilib.
Qeyd edək ki, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi - cello ifaçısı Zəhra Qurbanova da (müəllim:Eldar İskəndərov) uğurla çıxış etmişdir.


