• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 sentyabr 2026-cı il 

    Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə Şuşa şəhərində “Qarabağ Gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.

    24 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə Şuşa şəhərində “Qarabağ Gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.
    Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və Şuşa şəhərinin sakinləri iştirak ediblər.
    Anım Gününün 6-cı ildönümü çərçivəsində təşkil olunan tədbirin açılış mərasimində Vətən suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Çıxışlardan sonra bədii hissə ilə davam edən tədbirdə tanınmış musiqiçilərin ifasında Azərbaycan və dünya musiqisindən əsərlər səsləndirilib. Mustafa Mehmandarovun dirijorluq etdiyi konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Yeganə Axundova (piano), Əməkdar artistlər Emil Əfrasiyab (piano), Səbinə Əsədova (mezzo- soprano) , solistlər Nəzrin Aslanlı (violin), Mahir Tağızadə (bariton) , Aysun Mahmudzadə (soprano) ,  konsert zamanı dinləyicilərə unudulmaz musiqi anları bəxş ediblər.

    Xatırladaq ki, sentyabrın 23-də Anım Gününün 6-cı ildönümü çərçivəsində Laçında təşkil olunan “Qarabağ Gecəsi - Laçın” xeyriyyə konserti zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən Laçın şəhərinə də “Yamaha” istehsalı olan konsert royalı hədiyyə edilib.