• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 iyun 2026-cı il 

    İyunun 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  Hökümə xanım Əliyevanın tələbəlrinin konserti keçirildi. Ənənəvi olaraq. Konsert Ustad-Şagird ənənəsi məcrasında reallaşan növbəti uğurlu bir layihə idi. Hökümə xanım  neçə-neçə istedadlı violin ifaçısı  aşkarlayıb,  boya-başa çatdırmaq istiqamətində çalışıb.  Zəhmətinin bəhrəsi də  göz qabağında. Onun yetirmələri Azərbaycanın ən tanınmış musiqi kollektivlərinin  heyətində yer alıblar, solo konsertlər də verirlər. Artıq tanınırlar.  Dünənki konsert bu barədə çox şey dedi. Proqram - al-əlvan, ifalar - fərqli, sevgi  - sənətə, musiqiyə - ümumi və yenilməz.  Violin repertuarının Paqanini, Sen-Sans,  Sarasate kimi müntəxabati nümunələri də var idi, yeni əsərlər də (Javanşir Quliyevin məxsusi bu konsert üçün orkestrləşdirdiyi "Kipr süitası").  Sonda A.Şnitkenin  işarəvi  1 saylı Concerto grosso-sunun final hissəsi də səsləndi. Və xatirələr baş qaldırdı...
    Yaydır, istidir, tədris ilinin sonudur - yorğunuq. Amma yorğun olsaq da, əzmimiz səngimir. Hökümə xanımın əzmi və enerjisi - heyrətamiz. Musiqi adamıdır. Müəllimdir. Himayədardır. Tələbələri - övladlarıdır. Yeri gəlmişkən, öz övladlarını  da eşitdik. Nəvəsini, bəstəkar oğlu Ata Əliyevin əsərini.  Hamısı birlikdə vahid ailə.   Sonda Hökümə xanım bir-bir öz tələbələrini qürurla təqdim etdi. Konserti Violin sənətinin  əzəmətini  və cazibədarlığını əyani sərgilədi.
     Cavan musiqiçiləri  əfsanəvi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri müşayiət edirdi. Orkestri Cavad Tağızadə idarə edirdi. Konsertdən öncə Leyla Zöhrabova H.Əliyevanın fəaliyyəti haqda  dolğun məlumat verdi. Sonda da  bu sətirlərin müəllifi bəzi təəssüratları ilə paylaşdı.
    Yekun olaraq  gənclərimizə ancaq yeni-yeni uğurlar diləmək istərdim! Yolunuz açıq olsun! Ustadınızın  dəstəyi ilə - üzü zirvəyə!