26 may 2026-cı il
26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin “Kamera musiqisi axşamı” adlı konserti baş tutdu.
Layihənin müəllifi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Fullbright” proqramı çərçivəsində çalışan Qərbi Miçiqan Universitetinin professoru İqor Fedotov olmuşdur.
Layihənin koordinatorları:
Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə
Konsertdə müəllim professor Nəzmiyyə Abbaszadə, professor Kəmalə Neymanova, professor Tövfə Babayeva, baş müəllim Gülnarə Nurullayevanın tələbələri böyük ustalıqla Azərbaycan və Amerika bəstəkarlarının əsərlərini ifa etdilər: Firəngiz Əlizadə “Muğam-sayağı”, Xəyyam Mirzəzadə 2 N-li Simli kvartet, Kenji Bunch “The Viola Burns Longer”, Məmməd Quliyev “Muğam-sayağı, Kenji Bunch “String Circle”.
Tədbirdə Əməkdar İncəsənət xadimi, musiqişünas Cahangir Səlimxanov və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Emy Clarton və səfirliyin nümayəndələri iştirak etmişlər.



