25 may 2026-cı il
25 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasının tələbələrinin “Ansambl ifaçılığı” fənni üzrə konsert proqramı uğurla baş tutdu.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının rəngarəng əsərləri səsləndirildi. Gənc ifaçılar yüksək peşəkarlıq, səhnə mədəniyyəti və ansambl duyumu nümayiş etdirərək tamaşaçılara unudulmaz musiqi anı bəxş etdilər.
Proqramda Məmmədağa Umudov, Ceyhun Allahverdiyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Emin Sabitoğlu, Lalə Cəfərova kimi Azərbaycan bəstəkarları ilə yanaşı, Ferens List, Sergey Rahmaninov, Dmitriy Şostakoviç, İoqannes Brams, Astor Piazzolla, Kamil Sen-Sans və digər dünya klassiklərinin əsərləri səsləndirildi.
Konsertdə çıxış edən tələbələr: Gülgün Abdullazadə, Fidan Əlizadə (Müəllim: Arzu Məmmədova), Fidan Mustafayeva, Ülkər Quliyeva (Müəllim:Arzu Məmmədova), Arzu Mahmudova, Mehri Abdullayeva (Müəllim:Nərgiz Nəzərova), Fidan Məlikzadə, Ayla Seyidova (Müəllim: Könül Axundova), Gülqayıt Poladova və Ayşən Uğurluyeva (Müəllim: Cəmilə Əmirova), Sevil Hüseynova, Ayşə Əliyeva (Müəllim:Arzu Məmmədova), Humay Əsgərli, Nurcahan Məmmədli (Müəllim:Cəmilə Əmirova), Nurana Əliyeva, İnci Allahverdiyeva (Müəllim: Fəridə Sultanova), Humay Hacıyeva, Şəfiqə Muradova (Müəllim: Samira Aşumova), Timur Çernikov, Ərtoğrul Balayev (Müəllim: Nərgiz Nəzərova), Xədicə Nəbiyeva, Nəzrin Mustafazadə (Müəllim: Elnarə Məcidova), Əsmər Hacızadə, Nuray Allahverdiyeva (Müəllim: Nərgiz Nəzərova), Mədinə Həsənli, Naidə Qasımova (Müəllim: Könül Axundova), Nigar Məmmədli, Azərin Nəsibli (Müəllim: Zərif Kərimova), Ayşə Fətəliyeva, Nərgiz Vəlizadə (Müəllim: Nərgiz Nəzərova), Əbdüləli Hüseynli, Şəhla Yusibova (Müəllim: Sevda Məmmədli), Leyla Balayeva, Leyla Tağıyeva (Müəllim: Sevda Məmmədova), Solmaz Əliyeva, Afət Suleymanova (Müəllim: Arzu Məmmədova).
Konsertin ərsəyə gəlməsində əməyi olan müəllimlərə və çıxış edən tələbələrə təşəkkür edir, yaradıcılıq uğurları arzulayırıq.



