• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 may 2026-cı il 

    13 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan xarici tələbələrin iştirakı ilə rəngarəng konsert proqramı keçirildi.

    Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova BMA-da təhsil alan xarici tələbələrin keçirilən tədbirlərdə aktiv iştiraklarını təqdir edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib, konserti açıq elan etdi.
    BMA-nın Böyük zalında baş tutan tədbirdə müxtəlif ölkələri təmsil edən gənc musiqiçilər Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini böyük ustalıqla təqdim etdilər. Konsertdə Rusiya, Qazaxıstan, Türkiyə, Özbəkistan, Tacikistan, İran, Çexiya və Gürcüstandan olan tələbələrin ifaları - Firuz Juraev (II kurs, Tacikistan; Müəllim: Alla Əfəndiyeva), Saida Axmedova (II kurs, Rusiya, violin; Müəllim: baş müəllim İlhamə Ağayeva), Tamar Pirveli (2-ci kurs, Gürcüstan, vokal; Müəllimə: dosent Jalə Cəfərova), Baran Sakman (I kurs, Türkiyə, cello; Müəllim: professor Nəzmiyə Abbaszadə), Leyla Tağıyeva (II kurs, Rusiya; Müəllim: professor Nərminə Quliyeva), Fathi Mirelnour (III kurs, İran, vokal; Müəllim: dosent Jalə Cəfərova), Anar Mamedov  (II kurs, Rusiya, zərb alətləri; Müəllim: Ramiz Sevdiməliyev), Sara Marçik (I kurs, Çexiya; Müəllim: professor Nəzakət Rimazi), Aliya Suleimenova 1-ci kurs, Qazaxıstan, pop caz; Müəllim: professor Natavan Şeyxova), Daler Odinaev (III kurs, Özbəkistan; Muəllim: professor Məmməd Quliyev) - tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılandı.
    Zəngin konsert proqramında aşağıdakı əsərlər səsləndirildi: F.Şopen - Nolturn op.15 no.1 (F-dur), Etud no.5 op.25 (e moll), Etud N.12 оp.10 P.Sarasate - "Цыганские напевы", P.İ.Çaykovski -«Ни слова, о друг мой…», G.Goltermann -Capriccio, А.Крюкова - Песня Певца за сценой из оперы «Рафаэль», H.Rzayev -“Çahargah rapsodiyası”, Qazax xalq mahnısı -"Balapan Qaz", S.Raxmaninov - Etude tableau no.4 (h moll) op.39.
    Səhnədə gənc musiqiçiləri Arzu Səfərova, Ülviyyə Əliyeva, Günel Hacıyeva, Tatyana Qarayusifli müşayiət etdilər.
    Musiqi tədbiri  müxtəlif mədəniyyətləri bir səhnədə birləşdirərək sənətin sərhəd tanımadığını bir daha nümayiş etdirdi. Gənc ifaçıların peşəkarlığı, səhnə mədəniyyəti və musiqiyə olan sevgisi tədbirə xüsusi ab-hava qatdı.
     Konsert dostluq, yaradıcılıq və mədəni inteqrasiyanın gözəl nümunəsinə çevrilərək iştirakçılara unudulmaz anlar yaşatdı.