• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel  2026-cı il 

    30 aprel 2026-cı il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Tarix–Nəzəriyyə” fakültəsinin II kurs magistr tələbəsu Raul Hüseynov tərəfindən hazırlanmış “Renessansdan Modernə III” adlı seminar-konsert keçirildi.

    Konsert proqramında B. Naborş, F. Qarayev, R. Həsənova, A. Məmmədova, E. Kriqer, A. Xinastera, N. Koşkin və R. Dyenes kimi müasir bəstəkarların əsərləri səsləndirilmişdir. Konsert dinləyicilər tərəfindən böyük maraqla qarşılanmış və ifaçının yüksək hazırlıq səviyyəsini bir daha təsdiqləmişdir. Tədbirin sonunda R. Hüseynovun müəllimi — tanınmış musiqiçi Elmar Sultan, eləcə də bəstəkar, “Musiqi-nəzəriyyəsi” kafedrasının dosenti Aliyə Məmmədova çıxış etmişlər. Onlar ifa səviyyəsini yüksək qiymətləndirmiş, əsərlərin dərin və məzmunlu interpretasiyasını xüsusi qeyd etmiş, həmçinin proqramın maraqlı və düşünülmüş konsepsiyasını vurğulamışlar.