• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel  2026-cı il 

    Aprel ayının 25-i  Niyazinin mənzil-muzeyində “İxtisas fortepiano” kafedrasının müəllimlərinin konserti keçirildi. Konsert görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmişdi. Konserti giriş sözü ilə xalq artisti,

    professor Ülviyyə Hacıbəyova açaraq, Zərifə xanım haqqında məlumatlar verdi, onun və ailəsinin musiqi ilə sıx bağlılığı haqqında maraqlı xatirələr danışdı. Sonra Ülviyyə xanım Gülarə Əliyevanın “Rapsodiya” əsərini ifa etdi. Baş müəllim Zərif Kərimova və Nərgiz Əliyeva, dosent Züleyxa Abdulla, dosent Kəmalə Mirbabayeva, dosent Sevda Məmmədlinin ifaları tamaşaçıları musiqinin ecazkar dünyasına qərq etdi. Sonda xalq artisti, professor Yeganə Mahmudova çıxış edərək, belə bir konsertin keçirilməsinə görə  ifaçılara öz dərin minnətdarlığını bildirdi.