• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 fevral 2026-cı il 

    3 fevral tarixində Qara Qarayevin anım gününə həsr olunmuş “Əbədi xatirə” adlı konsert təşkil olunub. Konsert görkəmli bəstəkarın zəngin yaradıcılığına həsr olunmuşdu və gənc ifaçıların təqdimatında keçirildi.

    Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının müdiri, Əməkdar müəllim, professor Gülnarə Acalovanın, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Camalə Abdinzadənin siniflərinin tələbələri çıxış etdilər. Səhnədə Nigar Əsgərova, Fidan Musayeva, İqan Ümid Əsgərli, Anisa Karmel Əsgərli, Nəcəf Vəliyev, Cəlalə İsmayılzadə və Asim Rzazadə öz peşəkarlıqları ilə yadda qaldılar.

    Konsertdə Qara Qarayevin romansları, fortepiano əsərləri, “Yeddi gözəl” baletindən “Çin gözəli”, “Hind gözəli”, “Adajio” və “Vals”, “İldırımlı yollarla” baletindən “Laylay” və “Qızların gitaralar ilə rəqsi”, həmçinin “İnsan məskən salır” kinofilmindən musiqi səsləndirildi.

    Bu yolda bizə dəstək olan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə xanım Tağızadəyə və Filarmoniyanın kollektivinə dərin təşəkkürlərimizi bildiririk.