2 fevral 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gənclər gününə həsr olunmuş konsert keçirildi.
2 fevral 2026-cı il tarixində BMA-nın “İxtisas Fortepiano” kafedrasının müəllimləri - professor Elnarə Kəbirlinskaya, dosent Züleyxa Abdullanın magistr tələbələrinin Gənclər gününə həsr olunmuş konserti keçirildi.
Tədbirdə istedadlı tələbələr Nərminə Mikayılova, İlqarə Talıbova, Fatimə Hüseynova uğurla çıxış etdilər.
Konsert proqramında L.V.Bethovenin, F.Şopenin, K.Debüssinin, S.Prokofyevin, F.Əmirovun, E.Nəzirovanın əsərləri dinləyicilərə təqdim olundu.
Gənc musiqiçilərin məharətli çıxışları tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.



