• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr  2025-ci il 

    17 dekabr tarixində Bakı Musiqi Akademiyasının böyük zalında“ Nəsillərin birliyi 2” adlı konsert təşkil edildi. “Nəsillərin birliyi” ideyası isə tələbələrlə müəllimlərin eyni vaxtda bir səhnəni paylaşmasını nəzərdə tutması ilə maraq kəsb edir.

    Eyniadlı növbəti konsertin ideya müəllifi Akademiyanın “Konsertmeyster ustalığı” kafedrasının dosenti Yuliya Kərimovadır. Layihəyə “Solo oxuma və opera hazırlığı”kafedrasının müəllimləri - Əməkdar artistlər (dosent) Fəridə Məmmədova və İlham Nəzərov (baş müəllim) ilk qoşulanlar­dan oldular. Akademiyanın 2 kafedrası­nın 3 müəlliminin 11 yetirməsi öz ustadları ilə birlikdə “Nəsillərin birliyi” silsiləsinin təməlini qoydular. Onlardan biri – T.Quliyev adına 12 nömrəli musiqi məktəbinin 11-ci sinif şagirdi, qalan 10 nəfər isə Musiqi Akademiyasının və Milli konservatoriyasının tələbəsidir).

    Konsertdə Akademiyanın tələbələri G.F.Hendelin, V.A.Motsartın, opera və oratoriyalarından ariyaları, romansları ifa ediblər. Ramal İbişov, Nuray İsmayılova, İsmayıl Əsədli, sonra səhnəyə müəllimlər çıxıblar. 

    Əməkdar artistlər Fəridə Məmmədova və Yuliya Kərimova­nın müşayiəti ilə çıxış etdilər. 

     Belə konsertlər həm müəllim və tələbələri dahada yaxınlaşdırır, həm də gənc ifaçılar hələ tələbə ikən hansı konsertmeyster ilə daha yaxşı anlaşacaqlarını hiss edirlər ki, bu da onların gələcək yaradıcı fəaliyyətləri üçün uğurlu başlanğıc ola bilər.

     "Nəsillərin birliyi" layihəsinin ikinci konserti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutdu. Layihə gənc musiqiçilər üçün yaradıcı laboratoriya kimi düşünülüb və burada onlar böyük səhnədə vokalçılarla birgə çıxışlara hazırlaşarkən müşayiətçi bacarıqları və solistlərə qarşı həssaslıq baxımından yeni təcrübə qazanırlar. Konsert proqramında gənc nəsil tələbə musiqiçiləri və onların müəllimlərini tək bir səhnədə bir araya gətirmək məsuliyyəti və həyəcanı artırır, lakin müsbət nəticələr verir. Layihənin 2024-cü ilin fevral ayında keçirilən ilk konsertində olduğu kimi, səhnəyə Bakı Musiqi Akademiyasının Solo Oxuma kafedrasının dosenti, Azərbaycanın Əməkdar Artistləri Fəridə Məmmədova və baş müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun tələbələri çıxdı. Müşayiətçilər komandasını Bakı Musiqi Akademiyasının Konsertmeystər ustalığı kafedrasının dosenti Yuliya Kərimova təmsil edirdi. Geniş və rəngarəng konsert proqramında Hendel, Motsart, Verdi, Bədəlbəyli, Niyazi və Hacıbəyovun operalarından ariyalar, eləcə də Bethoven, Sibelius, List, Qlinka, Çaykovski və digər bəstəkarların vokal-kamera əsərləri yer alırdı. Bakı Musiqi Akademiyasının tələbələri Daler Odinayev, Xəlil Mütəllibov, Firuz Curayev, Jalə Qədirzadə, Səma Mustafayeva, Aytac Mahmudova, Nərgiz Şahbazova, Nuray İsmayılova, İsmayıl Əsədli, Ülvi Əhmədov, Sevinc Ağayeva; Milli Konservatoriyanın tələbələri Regina Məcidova və Ramal İbişov; və Tofiq Quliyev adına 11 illik 12 nömrəli Musiqi Məktəbinin şagirdi Cavidan Babazadə iştirak edirdilər.