• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr  2025-ci il 

    17 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Kamera ansamblı” kafedrasının təntənəli konserti keçirildi. 
    Kafedranın müəllimləri - Kəmalə Neymanova (kafedra müdiri, professor), Töhfə Babayeva (Əməkdar artist, professor) baş müəllim Talehə Əliyevanın tələbələri uğurla çıxış etdilər. 
     
    Konsertdə çıxış edən tələbələr: 
    Ümid Mustafazadə, Ərol Rzayev, Nuray Əliyeva, Elçin Məmmədov, Xəlil Mütəllibov, Aygül Mahmudova, Zeyn Cəfərov, Şəms Əlilli, Nəzrin Qulamova, Əli Adıgözəlov, Aydan Hacıəhmədova, Heydər Həyatov 
    Zəngin konsert proqramında L.V.Bethovenin, İ.Bramsın, E.Qriqin, S.Frankın, F.Şarvenkanın əsərləri səsləndirildi. 
    Dinləyicilərin zövqünü oxşayan konsert tədbiri gurultulu alqışlarla qarşılandı.