14 noyabr 2025-ci il
İxtisas musiqi məktəb-studiya şagirdlərinin Qarabağ Universitetinin İncəsənət fakültəsində “Zəfər” konserti
Azərbaycan Respublikasının dillərə dastan olmuş tarixi Zəfərinin beş illik yubileyi ölkəmizin bütün bölgələrində, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən yüksək təntənə və qürur hissi ilə qeyd olunur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyası da öz növbəsində şanlı Zəfər tariximizə həsr olunmuş bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Bu layihələr arasında Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetin İncəsənət fakültəsinin Böyük zalında Məktəb-studiya şagirdlərinin iştirakı ilə 14 noyabr 2025-ci il tarixində təşkil olunan konsert proqramı xüsusi önəm kəsb etmişdir. Onu da qeyd etmək lazımdır ki, bu konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən tədbirlər sırasına daxil olmuşdur.
Qürürverici məqam ondan ibarətdir ki, düşmən tapdağı altından azad olunmuş Xankəndi torpağına və ələlxüsus bu şəhərin musiqi təhsil ocağı – Qarabağ Universitetində Azərbaycan musiqi və incəsənət məktəbləri arasında ilk olaraq məhz BMA-nın İxtisas musiqi məktəb-studiyası səfər edərək öz pedaqoji və yaradıcı fəaliyyətini təqdim etdi.
Məktəb-studiya şagirdlərinin konsertinə Qarabağ Universitetinin İncəsənət fakültəsinin rəhbər şəxsləri də xüsusi iştirakları ilə dəyər qatdılar. Tədbirdə fakültənin dekanı, bəstəkar Türkər Qasımzadə, dekan müavini, musiqişünas Gülxanım Əsədova və kafedra müdiri, tarzən Arslan Növrəsli iştirak edirdilər.
İlk olaraq, professor Türkər Qasımzadə İxtisas musiqi məktəb-studiyasının müəllim və şagird heyətini salamlayaraq, bu tədbirin olduqca əlamətdar xarakter daşıdığını söylədi. O, Qarabağ Universitetinin İncəsənət fakültəsi ilə İxtisas musiqi məktəb-studiyasının əlaqəli şəkildə fəaliyyət göstərməsini və bu əməkdaşlığın gələcək illərdə daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Türkər müəllim öz nitqində Məktəb-studiyanın yaradıcısı və 40 ildən artıq bu müəssisəyə rəhbərlik etmiş, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun Azərbaycan musiqi elmi və mədəniyyəti üçün göstərdiyi yenilikçi fəaliyyətindən bəhs etdi. O, həmçinin hazırda müəssisənin direktoru, dosent Sevda Məmmədovanın rəhbərliyi ilə bu ənənələrin qorunub saxlanılması və uğurla inkişaf etdirilməsini vurğuladı.
“Zəfər” bayramına həsr olunmuş konsert Məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva tərəfindən açıq elan edildi. O, konsertin mahiyyətindən söz açaraq, Zəfər tariximizi, qəhrəmancasına döyüşən şəhidlərimizi, eyni zamanda qazilərimizi hörmətlə andı.
Rəngarəng musiqi nömrələri ilə seçilən tədbirdə müxtəlif ixtisaslar üzrə təhsil alan gənc musiqiçilər uğurlu çıxışları ilə dinləyicilərin ruhunu oxşadılar.
Öncə kiçik yaşlı şagirdlər – 2-ci sinif şagirdi Humay Kəlpizadə (violin), 4-cü sinif şagirdləri Cəmilə və Leyla Yolçuzadələr (fleyta) maraqlı ifaları ilə tamaşaçılarda xoş təəssürat oyatdılar. Növbəti ifalar fortepiano ixtisası üzrə təhsil alan 6-cı sinif şagirdləri – Aişə Əliyeva (Əziz Əzizov – Prelüd № 5), Məryəm Axundazadə (Herman Vollenqaupt – Pyes-Etüd op.22 № 1) və Seyfpur Araşa (Herman Vollenqaupt – Pyes-Etüd op.22 № 3) məxsus idi. Obraz və texniki cəhətdən kifayət qədər mürəkkəb olan musiqi əsərləri gənc ifaçıların təqdimatında öz təsdiqini tapmışdır.
Maraq doğuran musiqi nömrələrindən biri vokal ixtisası üzrə təhsil alan 7-ci sinif şagirdi Emiliya Ağakişiyevanın ifasında səslənən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” olmuşdur. Gülçöhrə obrazı gənc vokalçının ifasında olduqca dolğun və təsiredici idi.
Konsertə ruh yüksəkliyi qatan ifalardan digəri Məktəb-studiyanın istedadlı gənclərindən biri – fortepiano ixtisası üzrə 8-ci sinif şagirdi Hüseyn Quliyevin parlaq ifası olmuşdur. O, görkəmli bstəkarımız Fikrət Əmirov yaradıcılığından “Variasiyalar” əsərini özünəməxsus şəkildə ifa etmişdir. Onun ifası auditoriya tərəfindən coşqulu alqışlarla qarşılandı.
Ardından füsunkar bir səs zalı öz sehrinə bürüdü. Bu Qara Qarayevin “Yeddi gözəl” baletindən Aişənin rəqsi idi. Tədbirin ab-havasına rəng qatan musiqi parçası metallofonda 8-ci sinif şagirdi Miraqil Mirzəzadənin ifasında səsləndi.
Konsert proqramının davamı olaraq Məktəb-studiyanın fortepiano ixtisası üzrə 9-cu sinfi şagirdləri – Cəlalə İsmayılzadə (Frederik Şopen – Ferens List “Altı polyak mahnısı” silsiləsindən “Şənlik” pyesi) və Pərviz Bağırov (Emil Əfrasiyab. Üzeyir Hacıbəylinin əsərlərinə Parafraz) çıxış etdilər. Onların ifa etdikləri əsərlər həm emosional dərinliyi, həm də texniki çətinlikləri ilə tam şəkildə açılaraq dinləyicilərin böyük rəğbətini qazandı və şagirdlərin peşəkarlıq potensialını bir daha təsdiq etmiş oldu.
Digər fortepiano əsəri 10-cu sinif şagirdi Gülər Mahmudzadənin ifasında səslənən Feliks Mendelson-Bartoldinin fis-moll fantaziyası idi. Fərqli ifa sərgiləyən gənc musiqiçi dinləyicilərin böyük marağına səbəb oldu.
İfaçılar arasında özünəxas çıxışı ilə seçilən saksofon ixtisası üzrə 10-cu sinif şagirdi İsa Kələntərov hər kəsin yaddaşına həkk olunmuş Tofiq Quliyevin məşhur “Sevgilim” əsərini təqdim etdi.
Dinamikliyi ilə fərqlənən ifalardan biri də violin ixtisası üzrə təhsil alan 11-ci sinif şagirdi Şəhla Qazıyevaya məxsus idi. Onun ifasında səslənən Pyotr Çaykovskinin “Skertso”su dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.
Tədbirin sonunda BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədovaya söz verildi. O, öz çıxışında öncə Qarabağ Universitetinin İncəsənət fakültəsinin rəhbərliyinə yaradılan şərait və göstərilən səmimi qarşılanmaya görə dərin minnətdarlığını bildirdi. Daha sonra xalqımızı şanlı “Zəfər” bayramı münasibətilə bir daha ürəkdən təbrik etdi, bu tarixi uğurun əhəmiyyətini xüsusi vurğuladı.
BMA-nın İxtisas musiqi məktəb-studiyasının əsas amalı Azərbaycan musiqi elmi və mədəniyyətinə ləyaqətlə xidmət etmək və onu nəsildən-nəsilə ötürməkdir.
Üzeyir Hacıbəyli adına BMA-nın
İxtisas musiqi məktəb-studiyasının
böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyeva
Концерт учащихся Школы-студии БМА в Карабахском университете, посвящённый Дню Победы или успешная творческая поездка в Ханкенди
Мы вернулись на эти земли.
Мы вернулись как героический народ,
как государство-победитель.
Ильхам Алиев
В Азербайджане День Победы занимает особое место в новейшей истории страны. В этом году исполнилось ровно пять лет со дня восстановления территориальной целостности и возвращения земель, которые долгие годы находились под оккупацией. Эта дата стала символом национального единства, силы духа и глубокого чувства гордости, объединяющего весь народ. Благодаря решительным и судьбоносным шагам руководства страны наш народ сегодня с глубоким чувством гордости отмечает этот исторический день.
В связи с этой знаменательной годовщиной впервые среди музыкальных школ республики была осуществлена важная культурная миссия: 14 ноября 2025-го года Специальная музыкальная школа-студия Бакинской музыкальной академии имени Узеира Гаджибейли совершила творческую поездку в Карабах, а именно в город Ханкенди. Коллектив школы выступил на сцене Большого зала факультета искусств Карабахского университета, представив успешную концертную программу и тем самым внеся свой вклад в культурное возрождение родного края.
Отметим, что Карабахский университет, основанный в ноябре 2023 года в Ханкенди, стал важным образовательным и культурным центром региона. Особое место занимает здесь Факультет искусств, где открыты направления по музыкальному и художественному образованию, включая инструментальное исполнительство, вокал, дизайн, декоративно-прикладное искусство и музыкальное преподавание. Факультет оснащён современной инфраструктурой, а обучение ведётся по высоким стандартам, что позволяет студентам раскрывать свой творческий потенциал.
Так, выступление коллектива Школы-студии БМА, представившего успешную концертную программу, стало не только значимым культурным событием, но и демонстрацией того, как молодое поколение продолжает укреплять духовные и патриотические ценности страны.
Концертная программа в честь Дня Победы вошла также в череду мероприятий, посвящённых 140-летию великого корифея азербайджанской музыки – Узеира Гаджибейли, создателя первой оперы на Востоке, реформатора национальной музыкальной школы и символа азербайджанской культуры, что звучит особенно торжественно в год его юбилея.
Выступление молодых талантов в самом сердце Карабаха стало своеобразной данью уважения мастеру, чьё творчество объединяет поколения и служит фундаментом профессионального музыкального образования в стране. В программе концерта прозвучали произведения, отражающие богатство азербайджанской музыкальной традиции, дух возрождённого Карабаха и вдохновляющее наследие Узеирбека.
На концерт учащихся Школы-студии особое внимание обратили руководители Факультета искусств Карабахского университета: декан, композитор Туркер Гасымзаде, заместитель декана, музыковед Гюльханым Асадова и заведующий кафедрой, тарист Арслан Новресли. Туркер Гасымзаде тепло поприветствовал преподавателей и учащихся Школы-студии, отметив значимость мероприятия и подчеркнув важность дальнейшего сотрудничества между школой и факультетом.
Мероприятие открыла преподаватель школы, музыковед Шафаг Гаджиева, рассказав о значении «Заветной Победы» и выразив уважение героям и ветеранам.
На сцене выступили талантливые учащиеся разных классов и специальностей: скрипачки Хумай Келпизаде и Шахла Газиева, сёстры-флейтистки Джамиля и Лейла Йолчузаде, пианисты Гусейн Гулиев, Аиша Алиева, Джалаля Исмаилзаде, Марьям Ахундзаде, Парвиз Багиров, Гюляр Махмудзаде и Сейфпур Араш, вокалистка Эмилия Агакишиева, саксофонист Иса Калантаров и ударник Мирагиль Мирзазаде. Их выступления отличались высоким уровнем мастерства, эмоциональной выразительностью и технической сложностью, вызвав восторг аудитории.
Конечно же, большую благодарность заслуживают педагоги, подготовившие этих юных музыкантов.
В заключение директор Школы-студии и организатор данной концертной поездки, доктор философии по искусствоведению, доцент Севда Мамедова, поздравила всех с Днём Победы, поблагодарила руководство Карабахского университета за тёплый приём и созданные условия, а также подчеркнула важность сохранения и преумножения традиций азербайджанской музыкальной культуры.
Поездка коллектива стала ярким подтверждением того, что культура и искусство играют важнейшую роль в восстановлении, укреплении и духовном возрождении освобождённых территорий. А выступление юных исполнителей на сцене Карабахского университета символизирует открытие новой страницы в культурной жизни региона, где музыка вновь звучит свободно, уверенно и с надеждой на будущее. Карабах – Азербайджан!
Айтен БАХШИЕВА
Замдиректора по научно-методической работе
Специальной музыкальной школы-студии
Бакинской музыкальной академии
имени Узеира Гаджибейли,
доктор философии по искусствоведению




