13 oktyabr 2025-ci il
13 oktyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadrmiyasında fortepiano musiqi axşamı keçirildi.
Tədbir BMA-nın professoru Səidə Behbudovanın xatirəsinə həsr olunmuşdur.
Öncə Ü.Hacıbəyli adına BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva qonaqları salamlayaraq, S.Behbudovanın pedaqoji fəaliyyətindən, onunla olan xatirələrindən söz açdı.
Qeyd edək ki, konsertdə BXA-nın müəllimi N.Ağayeva çıxış etdi.
Konsert proqramında Avropa bəstəkarlarının əsərləri səsləndirildi.

