• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 oktyabr  2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfər bayramına həsr olunmuş konsert keçirildi.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2025-ci il tarixli 477 nömrəli sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bununla  bağlı   keçirilən tədbirlər planına uyğun olaraq  27 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfər bayramına həsr olunmuş tədbir keçirildi. Belə ki, Bakı Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, kollektivin rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) möhtəşəm konserti baş tutdu.

    Zəngin konsert proqramında: 

    Ü.Hacıbəylinin “Arazbarı”, 

    Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayişənin rəqsi”, “İldırımlı yollarla” baletindən ehtiraslı qızların rəqsi, 

    Niyazinin “Arzu” romansı (Solist: Beynəlxalq müsabiqələr laureatı Aysun Mahmudzadə), 

    Aqşin Əlizadənin “Cəngi”, 

    Vasif Adıgözəlovun  “Qərənfil” (Solist: Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov), 

    Arif Məlikovun  “İki qəlbin dastanı” baletindən Komdenin arzuları (Solist: Beynəlxalq müsabiqələr laureatı Qəmər Kərimli), 

    Fikrət Əmirovun “Nizami” simfoniyasından final,“Azərbaycan elləri”,  “1001 gecə” baletindən Şəhrizadın bayramı, 

    Antoni Vivaldinin “İlin fəsilləri” konsertindən Yay (Solist: Beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə),

    Müslüm Maqomayevin “Azərbaycan” (Solist: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, Mahir Tağızadə) əsərləri dinləyicilərə təqdim olundu.

    Sonda Niyazinin “Qaytağı” əsəri BİS olaraq ifa olunub, musiqisevərlərə ərməğan olundu.

    Qeyd edək ki, tədbir Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundovanın yüksək təşkilatçılığı ilə baş tutmuşdur.

    44 günlük Vətən müharibəsində qazanılan Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gündür. Bu əlamətdar hadisə - Zəfər bayramına həsr olunan təntənəli konsert gecəsi böyük coşqu ilə qarşılandı.