27 oktyabr 2025-ci il
27 oktyabr tarixində 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında maraqlı konsert tədbiri baş tutdu.
Tədbirin aparıcısı musiqişünas Aytən Adıgözəlova qonaqları salamlayaraq, konsertin mahiyyətindən və əhəmiyyətindən söz açdı.
Konsertin solisti Əməkdar artist, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin və Rəşid Behbudov adına Dövlət Mahnı teatrının solisti Aynur İskəndərli, konsertmeyster isə Respublika və Beynəlxalq müsabiqələr laureatı, BMA-nın dosenti Nərmin İbrahimova əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.
Rəngarəng konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkərlarının əsərləri səsləndirildi.
Tədbir tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.

