• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 sentyabr  2025-ci il 

    Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Kamera konserti keçirildi.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 19 sentyabr 2025-ci il tarixində Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə təntənəli konsert baş tutdu.

    Öncə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayaraq, musiqiçilərin yaradıcı fəaliyyətləri haqqında məlumat verib, hər kəsə təqdim etdi.

    Tanınmış musiqiçilər Elvin Hoca Qəniyev (violin) və Cem Esen (piano; Türkiyə) peşəkar ifaları ilə tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdilər.

    Konsert proqramında:

    Cezar Franckın Violin və piano üçün Sonata a moll;

    Qara Qarayevin Violin və piano üçün Sonata d moll;

    Cem Esenin Violin üçün Sonata op.24;

    Frenz Waxmanın “Karmen fantaziya” əsərləri 

    əsərləri dinləyicilərə təqdim olundu.

    Musiqisevərlərin ruhunu oxşayan konsert gecəsi hər kəs tərəfindən böyük coşqu ilə qarşılandı.