• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 may 2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində növbəti təntənəli konsert keçirildi.

    13 may 2025-ci il tarixində Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” və “İxtisas fortepiano” kafedralarında təhsil alan tələbələrin birgə iştirakı ilə əsrarəngiz musiqi ziyafəti dinləyicilərə təqdim olundu.

    Konsertdə çıxış edən tələbələr:

    Nuray Əliyeva - bakalavr: III kurs, seçməfənn: bəstəkarlıq, ixtisas: fortepiano

    Fortepiano üçün “Mövzu və 7 variasiya” və 2 prelüd

    Müəllim: professor Ceyhun Allahverdiyev

    İfa edirlər: respublika və beynəlxalqmüsabiqə laureatları müəllif; bakalavr - III kurs Gülsarə Bağırova

    Müəllimlər: professor Kəmalə Neymanova, professor Samirə Aşumova

     

    Sevgim Musazadə - bakalavr: I kurs, bəstəkarlıq

    Fortepiano üçün 2 prelüd

    Müəllim: professor Aydın Əzimov

    İfa edir: magistr - I kurs, respublika və beynəlxalq müsabiqələr laureatı İlqarəTalıbova

    Müəllim: professor Elnarə Kəbirlinskaya

     

    Xəyal Əsədli - bakalavr: II kurs, bəstəkarlıq

    Fortepiano üçün 2 prelüd

    Müəllim: dosent Aliyə Məmmədova

    İfa edir - bakalavr: I kurs, respublika vəbeynəlxalq müsabiqələr laureatı MehinZalıyeva

    Müəllim: professor Yeganə Axundova

     

    Ağabəşir Bayramzadə - bakalavr: III kurs, seçmə fənn: bəstəkarlıq, ixtisas: fortepiano

    Fortepiano üçün 3 prelüd

    Müəllim: professor Ceyhun Allahverdiyev

    İfa edir: müəllif

    Müəllim: Günel Kazımova

     

    Fatimə Məmmədzadə - magistr: I kurs, bəstəkarlıq

    Fortepiano üçün “Dumanlı gecədə işıq”

    Müəllim: dosent Arzu Məmmədova

    İfa edir: bakalavr - IV kurs, respublika vəbeynəlxalq müsabiqələr laureatı Əli Talıbov

    Müəllim: Günel Kazımova

     

    Fatimə Məmmədli - bakalavr: II kurs, bəstəkarlıq

    Fortepiano üçün 3 prelüd

    Müəllim: professor Aydın Əzimov

    İfa edirlər: bakalavr - II kurs, respublika vəbeynəlxalq müsabiqələr laureatı NigarVəlizadə

    Müəllim: professor Samirə Aşumova

     

    Arsalan Navab Moghadam - bakalavr: III kurs, bəstəkarlıq

    Fortepiano üçün 2 prelüd

    Müəllim: professor Ceyhun Allahverdiyev

    İfa edir: bakalavr - I kurs, respublika vəbeynəlxalq müsabiqələr laureatı ZümrüdƏlizadə

    Müəllim: professor Nərminə Quliyeva

     

    Əli Cəfərzadə - bakalavr: IV kurs, bəstəkarlıq

    Fortepiano üçün “Give my Regards to him” və 3 pyes

    Müəllim: dosent Arzu Məmmədova

    İfa edir: bakalavr - I kurs, respublikamüsabiqələr laureatı Nigar Novruzova

    Müəllim: dosent Fəridə Sultanova

     

    Vahid Rəhimov - bakalavr: I kurs, bəstəkarlıq

    Fortepiano üçün 2 prelüd

    Müəllim: professor Ceyhun Allahverdiyev

    İfa edir: bakalavr - I kurs, respublika vəbeynəlxalq müsabiqələr laureatı AyşəMəmmədova

    Müəllim: Alla Əfəndiyeva

     

    Həsən Bədəlzadə - bakalavr: III kurs, bəstəkarlıq

    Fortepiano üçün 2 prelüd

    Müəllim: professor Aydın Əzimov

    İfa edir: bakalavr - III kurs, respublika vəbeynəlxalq müsabiqələr laureatı NurayƏliyeva

    Müəllim: professor Kəmalə Neymanova

     

    Ülvi Hüseynzadə - bakalavr: I kurs, bəstəkarlıq

    Fortepiano üçün 2 prelüd

    Müəllim: professor Ceyhun Allahverdiyev

    İfa edir: bakalavr - I kurs, respublika vəbeynəlxalq müsabiqələr laureatı Əli Hüseynli

    Müəllim: professor Fərhad Bədəlbəyli

     

    Konsertin keçirilmə məqsədi gənc bəstəkarların əsərlərinin təbliği, onların ifaçılarla yaradıcı əməkdaşlığının formalaşdırılması və gənc pianoçuların repertuarında Azərbaycan bəstəkarlarının yeni əsərlərinin özünə yer tapmasıdır.