22 aprel 2025-ci il
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirildi
22 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə xüsusi konsert proqramı keçirildi. Konsert Bəstəkarlıq kafedrasının tələbələrinin yaradıcılıq hesabatı kimi təqdim olundu.
Tədbirdə Bakı Musiqi Akademiyasının müxtəlif kurslarında təhsil alan gənc bəstəkarların əsərləri səsləndirildi. Proqram fortepiano pyeslərindən tutmuş simli kvartetə, klarnet, violino və vokal üçün yazılmış əsərlərə qədər geniş janr və üslub palitrasını əhatə etdi. İfaçılar sırasında həm müəlliflər, həm də peşəkar musiqiçilər çıxış etdilər.
Konsert proqramı:
1. Nuray Əliyeva – “Fortepiano üçün 2 pyes” (ifa edir müəllif)
Müəllim: prof. Ceyhun Allahverdiyev
2. Xəyal Əsədli – “Violino və fortepiano üçün sonata” (I hissə)
İfaçılar: Aybəniz Həsən (violino), müəllif (fortepiano)
Müəllim: dos. Aliyə Məmmədova
3. Vahid Rəhimov – “Fortepiano üçün 5 prelüd”
İfaçılar: Zümrüd Əlizadə, Əli Hüseynli, Ayşə Məmmədova
Müəllim: prof. Ceyhun Allahverdiyev
4. Ağabəşir Bayramzadə – “Klarnet və fortepiano üçün sonata” (I hissə)
İfaçılar: Hüseyn Rzayev (klarnet), müəllif (fortepiano)
Müəllim: prof. Ceyhun Allahverdiyev
5. Arsalan Navab Moghadam – “Simli kvartet” (I hissə)
İfaçılar: Elina Əliyeva, Kamran Mirzəyev, Azad Xəlilov, Əyyub Əliyev
Müəllim: prof. Ceyhun Allahverdiyev
6. Fatimə Məmmədzadə – “Fortepiano üçün ‘Dumanlı gecədə işıq’”
İfa edir: Vəfa Əhmədbəyova
Müəllim: dos. Arzu Məmmədova
7. Sevgim Musazadə – “Gözləri” (söz.: Cəfər Cabbarlı)
İfaçılar: müəllif, Fatimə Məmmədova (fortepiano)
Müəllim: prof. Aydın Əzimov
8. Ülvi Hüseynzadə – “Fortepiano üçün 5 prelüd”
İfaçılar: Cəmil Sədizadə, Əli Hüseynli
Müəllim: prof. Ceyhun Allahverdiyev
Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bu konsert, həm gənc bəstəkarların yaradıcılıq potensialını nümayiş etdirdi, həm də Azərbaycan musiqi sənətinin gələcəyinə olan inamı daha da gücləndirdi.