• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2025-ci il 

    17 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi bəstəkar  Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirildi. 

    BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının istedadlı tələbələri - Fidan Novruzova, Jasmin Dadaşova, Nərmin Hüseynli, Fidan Əmirova, Nuray Əliyeva, Zəminə Kərimova, Qönçə Verdiyeva, Dinarə Əliyeva, Kənan Məmmədzadə, Alsu Cəfərova, Ləman İsmayılova, Telmina Bayramzadə, Dəryanur Məmmədova, Aybəniz Həsən, Fidan Quluzadə, Röya Əliyeva uğurla çıxış etdilər.

    Konsert proqramında rəngarəng musiqi nömrələri dinləyicilərə təqdim olundu. 

    Qeyd edək ki, təcrübəçi tələbələrin rəhbərləri “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri Elnarə Məmmədova, dosent Zəhra Qarayeva, dosent Fəridə Əliyeva, dosent Nərgiz Əlizadədir.

    Tədbir hər kəs tərəfindən böyük maraqla qarşılanaraq, gurultulu alqışlarla başa çatdı.