• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 dekabr 2024-cü il

    27 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirildi.

    Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru Alla Bayramova açdı. O, çıxışında tədbirin həsr olunduğu günün önəmini  bildirdi və iştirakçılara uğurlar arzuladı. Tədbirdə 25 dekabr tarixində təyyarə qəzasında həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Q.Qarayev Ev Muzeyinin müdiri Lətifə Məmmədova həmrəylik gününün yaranma tarixinə və bu günün əhəmiyyətinə dair məlumatları öz çıxışında geniş surətdə təqdim etdi. Sonra söz musiqiyə verildi.
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas fortepiano kafedrasının dosenti, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullanın magistr tələbələri beynəlxalq müsabiqə laureatı Hüseynova Fatimə, Mehdiyeva Afət və Sadıqova Nərgizin ifasında bir saatlıq proqramda İ.S Bax, L.V.Bethoven, F.Şopen, F.List və T.Quliyevin  əsərləri səsləndirildi. Sonda Züleyxa Abdulla çıxış edərək həmrəylik gününün əhəmiyyətindən danışdı. O, bir millətin formalaşmasında bir tərəfdən Qarayev kimi dahilərin, digər tərəfdən qəhrəman şəhidlərin böyük rolunu qeyd etdi və ifa etdiyi Q.Qarayevin prelüdlərini bəstəkarın və şəhidlərin ölməz ruhuna ithaf etdiyini söylədi. Konsert Q.Qarayevin musiqisi ilə tamamlandı.