• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 dekabr 2024-cü il

    27 dekabr 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının “Bəstəkarlıq” kafedrasının tələbələrinin əsərlərindən ibarət konsert keçirildi.

    Öncə dekabrın 25-də Bakı-Qroznı reysini yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Ön söz üçün səhnəyə BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev dəvət olundu.
    O, M.Füzulinin qəzəllərindən misal gətirib, görkəmli şairin yaradıcılığının zənginliyindən danışdı.
    Sonra Əməkdar incəsənət xadimi, professor Aydın Əzimovun (kafedra müdiri), Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyevin, dosent Aliyə Məmmədovanın istedadlı tələbələri uğurlu ifaları ilə çıxış etdilər.
    Konsert proqramında  dahi şair Məhəmməd Füzulinin sözlərinə musiqi bəstələyən tələbələrin-Ülvi Hüseynzadənin “Gördüm”, Fortepiano üçün mövzu və 13 variasiya, Nuray Əliyevanın Fortepiano üçün 2 pyes, Fatimə Məmmədlinin Violino və fortepiano üçün pyes və rəqs-skerso, “Qəzəl”, Arsalan Navab Moghadamın Fortepiano üçün sonata (II hissə), Xəyal Əsədlinin Fortepiano üçün 3 pyes, Ağabəşir Bayramzadənin Violino və fortepiano üçün 3 pyes, Sevgim Musazadənin “Yenə ol mah mənim aldı qərarım bu gecə”, Vahid Rəhimovun Fortepiano üçün 3 pyes, “İstərəm” əsərləri dinləyicilərə təqdim olundu.
    Tədbirdə İsmayıl Əsədbəyli (bariton), respublika və beynəlxalq müsabiqələr laureatı, I kurs tələbəsi Əbdüləli Hüseynli (piano), Respublika və beynəlxalq müsabiqə laureatları III kurs tələbəsi Özcan Cabbari (violino), magistr II kurs tələbəsi Fidan Yunus (piano), Respublika və beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə, Respublika və beynəlxalq müsabiqə laureatları magistr I kurs tələbəsi Rəşad Həsənzadə (bariton), magistr II kurs tələbəsi Fidan Yunus (piano), Şöhrət İsmayılov (tenor) əsrarəngiz ifaları ilə çıxış etdilər.
    Konsert tədbir tamaşaçılar böyük marağına səbəb olub, gurultulu alqışlarla qarşılandı.