• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2024-cü il

    19 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrası müəllimlərinin Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş təntənəli konserti keçirildi. 

    Konsertdə Əməkdar müəllimlər Kəmalə Mirbabayeva, Arzu Məmmədova, dosentlər Züleyxa Abdulla, Sevda Məmmədova, Sevda Məmmədli (beynəlxalq müsabiqələr laureatı), baş müəllimlər Könül Axundova, Zərif Kərimova və Vüsalə Babayeva (beynəlxalq müsabiqələr laureatı), Nuranə Zeynalova  (beynəlxalq müsabiqələr laureatı), Nərgiz Əliyeva (fleyta) parlaq ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

    Xüsusi zövqlə seçilmiş konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirildi. 

    Bayram ab-havalı konsert gecəsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, gurultulu alqış sədaları altında başa çatdı.