• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr 2024-cü il

    17 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninova ithaf olunmuş kamera vokal musiqi konserti keçirildi.

    Solistləri Azərbaycan Respublikasının Xalq artisti,  Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə, Respublika və Beynəlxalq müsabiqələr laureatları Nigar Cəfərova, Aysun Mahmudzadə olan konsertdə görkəmli bəstəkarın yaradıcılığından incilər dinləyicilərə təqdim olundu.

    Təntənəli konsert gecəsi dünyaşöhrətli pianoçu Fərhad Bədəlbəylinin və istedadlı gənc musiqiçilərin əsrarəngiz ifası ilə romantik musiqi dünyasına qərq olan  musiqisevənlər tərəfindən gurultulu alqışlarla qarşılandı.