• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 dekabr 2024-cü il

    11 dekabr 2024-cü il tarixində Bakının mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqədar “Orqan və muğam musiqisi axşamı” adlı konsert keçirilmişdir.

    Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə , Azərbaycan Bəstəkarlar İttifaqının katibi , Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Rüfət Ramazanov və bir çox digər bəstəkarlar , incəsənət xadimləri, musiqişünaslar iştirak etmişdilər.

    “Orqan və muğam musiqisi axşamı” adlı konsertdə tamaşaçıların hüzuruna Bakı Xoreoqrafiya Akademıyasının nəzdində 2022-ci ildən fəaliyyət göstərən, bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Baki Xoreoqrafiya Akademiyası "Musiqi sənəti "kafedrasının dosenti Lalə xanım Hüseynli olan , tərkibi 7 istedadlı gəncdən ibarət "Bakının ulduzları" instrumental ansamblı (Emil Əhmədzadə- piano,Hüseynov Kənan – tar, Məmmədov Nihad – kamança, Mehdizadə Nizami –nağara, Əhmədov Rəvan – klarnet, Mehdizadə Nihad – balaban, Şərifzadə Məhəmməd –qarmon) gəlmişdir.

    İnstrumental ansambl ilə birgə konsertdə Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayeva, müəllimi Gülnar Mirqasım, məzunu Nigar Məmmədova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Kənan Qasımzadə iștirak etmişdilər.
    Konsert repertuarı olduqca zəngin idi. Konsertdə Azərbaycan xalq rəqsləri və mahnıları, eləcə də klassik Azərbaycan bəstəkarlarının əsərləri, köçürmələri səslənmişdir: Nazim Əliverdibəyov - “Bayatı-Şıraz” Rasimə Babayeva (orqan), Üzeyir Hacıbəyli - “Fantaziya” “Bakının ulduzları” instrumental ansamblı,Vasif Adıgözəlov - “Laylay” Kənan Hüseynov, Hacı Xanməmmədov - Kamança üçün konsert (II hissə) Rasimə Babayeva (orqan) -Nihad Məmmədov (kamança) , Azərbaycan Xalq mahnısı - “Gözəlim sənsən” (işlənməsi Fikrət Əmirov) Emil Əhmədzadə (piano) - Gülnar Mirqasım (orqan), Cahangir Cahangirov - “Alagöz” Kənan Qasımzadə (xanəndə), Həsən Rzayev - “Çahargah rapsodiyası” Nigar Məmmədova (orqan), Azərbaycan xalq mahnısı - “Sarı gəlin” və “Yaylıq”Emil Əhmədzadə (piano) - Gülnar Mirqasım (orqan), Rüfət Ramazanov - “And” Gülnar Mirqasım (orqan)-Kənan Qasımzadə (xanəndə), Əfrasiyab Bədəlbəyli - “Dumanlı Təbriz” Rəvan Əhmədov (klarnet) və Nihad Mehdizadə (klarnet), Vasif Adıgözəlov - “Bakı” Məhəmməd Şərifzadə, Vasif Adıgözəlov - “Muğam-fantaziya” Nigar Məmmədova (orqan) , Niyazi - “Qaytağı”
    Sonda konsert gurultulu alqışlarla sona çatdı. Qonaqlar gözəl və xoş təssüratla ayrıldılar.
    Üzeyir Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının Gülnar Mirqasım Rövşən