• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2024-cü il

    16 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrası tələbələrinin “Fortepiano ansamblı” fənni üzrə konserti keçirildi. 

    Konsertdə professor Nərminə Quliyeva, professor Nəzakət Rimazi, dosent Arzu Məmmədova, dosent Fəridə Sultanova, müəllim Cəmilə Əmirovanın tələbələri Fidan Novruzova, Nərmin Hüseynli, İlqar Bədəlli, Elvin Əliyev, Faidə Hüseynova, Aysel Məmmədova, Səriyyə Ağakişiyeva, Fatimə Axundova, Daler Odinaev

    Röya Hüseynova məharətlə çıxış etdilər.

    Rəngarəng konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirildi.

    Tamaşaçıların zövqünü oxşayan konsert tədbiri gurultulu alqışlarla qarşılandı.