• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 dekabr 2024-cü il

    13 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Fortepiano, orqan və klavesin” kafedrasının professor-müəllim və tələbə heyətinin, həmçinin “Solo oxuma və opera hazırlığı” kafedrasının baş müəllimi, Əməkdar artist İlham Nəzərov və tələbələrinin iştirakı ilə 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş təntənəli konsert keçirildi. 

    Tədbirdə müəllimlər - Afaq Rüstəmova, Lalə Atakişiyeva, Tofiyə Cavadova, İlham Nəzərov  və tələbələr Fidan Musayeva, Səbinə Əliyeva,  Aydın Əliheydər, Nazənin Kərimova və İlayda Xadiyeva, Xatun Quliyeva, Fatimə Nurməmmədova, Aytən Məmmədova, Aytən Rafizadə, Sevin Esmailzadehgan, Nərgiz Məhəmmədova, Zeynəb Hüseynzadə, Nərgiz Məhəmmədova, Xəyal Əsədli, Gülnur Sabirli, Fatimə Abdullayeva, Selcan Həsənli, Pakizə Mustafazadə, Mahmud Rastıyev, Fidan Seyidzadə, Nəcibə Oğulova çıxış etdilər.

    Rəngarəng konsert proqramında Azərbaycan və Xarici ölkə bəstəkarlarının əsərləri səsləndirildi.

    Bayram ab-havalı konsert tədbiri gurultulu alqış sədaları altında başa çatdı.