• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 dekabr 2024-cü il

    13 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Kamera ansamblı” kafedrasının tələbələrinin konserti keçirildi.

    Konsertdə Bakı Musiqi Akademiyasının professorları Kəmalə Neymanova, Tövhə Babayeva, Fəridə Əhmədbəyova və Talehə Əliyeva, Nazim Hacızadənin tələbələri - Nuray Əliyeva, Kənan Məmmədzadə Zərrin Əliyeva, Orxan Cumayev, Elçin Məmmədov, Nəriman Məsimov, Günəş Cəfərova, Heydər Həyatov, Şəkər Cavadzadə, Kamil Hüseynzadə, Emil Hüseynov, Aygül Mahmudova, Rəşad Abdullayev, Asim Xəlilov, İlqarə Talıbova, Aytən Müslümova, Hidayət Sadıqbəyli, Tofiq Baloğlanov, Zərifə Hasılova, Fərid Hacıyev uğurla çıxış etdilər.

    Zəngin konsert proqramı ilə çıxış edən istedadlı tələbələrin məharətli ifası dinləyicilərin böyük zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.