• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 dekabr 2024-cü il

    10 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Kamera ansamblı” kafedrasının professorları Fəridə Əhmədbəyova və Töhfə Babayevanın tələbələrinin konserti keçirildi. 

    Konsertdə BMA-nın istedadlı tələbələri İnci Abbasova, Aybəniz Həsən, Maya İsmayıllı, Cavidan Rəsulov, Hidayət Sadıqbəyli, Rəşad Abdullayev, Asim Xəlilov, Aygül Mahmudova, İlüzər İbrahimzadə, Faiq Alızadə əsrarəngiz ifaları ilə çıxış etdilər.

    Zəngin konsert proqramında L.V.Bethoven, F.Şopen, S.Frank, K.M.Veber, K.Sen-Sansın əsərləri dinləyicilərə təqdim olundu.

    Tamaşaçıların zövqünü oxşayan konsert tədbiri gurultulu alqışlarla qarşılandı.