• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 dekabr 2024-cü il

    5 dekabr 2024-cü il tarixində Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas-Fortepiano” kafedrasının tələbələrinin rəngarəng konserti keçirildi.   

    BMA-nın baş müəllimi Elnarə Məcidovanın təşkilatçılığı ilə keçirilən tədbirdə istedadlı tələbələr  Ayşə Məmmədova, Nuranə Əliyeva, Fatimə Məmmədova, Züleyxa Bayramzadə, Leyla Tağıyeva, Mehin Zalıyeva, Mədinə Qurbanova, Nərminə Mürşüdzadə, Əsmər Alxazova, Kubra Həşimli çıxış etdilər.

    Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramında Fikrət Əmirovun “12 miniatür”,  “Prelüd” №2, Qara Qarayevin  “Don Kixot”,  “Ekspromt”,  “Prelüdiya” №23, №24, Adil Bəbirovun  “Prelüd-skertso”, Zakir Bağırovun  “Pyes”, Vaqif Mustafazadənin  “Mart”, Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri dinləyicilərə təqdim olundu.

    Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.