• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 noyabr  2024-cü il

    28 noyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyasının və Azərbaycan Milli Konservatoriyasının nəzdində  Sumqayıt Musiqi Kollecinin Vio Cello kamera orkestrinin müşayiətilə tələbələrin, Türkiyə müəllim və tələbələrin arasında müştərək konserti keçirildi.

    Konsertdə Sumqayıt Musiqi Kollecinin Vio Cello kamera orkestrinin bədii rəhbərləri Könül Bakirova, Emin Hasanov, dirijor Azərbaycanın Əməkdar müəllimi Firəngiz Xəlilova, Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyasinin dosenti,Beynalxalq müsabiqələr laureatı Samir Mirzayev, Azərbaycan Milli Konservatoriyasinin nəzdində Sumqayit Musiqi Kollecinin direktoru, Beynalxalq müsabiqələr laureati, Tərəqqi medalçisi, dosent Səbinə Mehdiyeva, Akdeniz Universitetinin Antalya Dövlat Konservatoriyasının tələbələri, Beynalxalq müsabiqələr laureatları :

    1) Dameli Nurbergen 2) Kivanç Kaya 3) Ilayda Aksu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, "Heydər Əliyev 100" Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Həmayə Baxişova, Bakı Musiqi Akademiyasinin tələbəsi, Beynalxalq müsabiqələr laureatı Nəriman Masimov çıxış etdilər.

    Konsertdə  AZəRBAYCAN, TÜRK və XARiCi ölkə bəstəkarlarının əsərləri səsləndirildi.

    Konsert hər kəs tərəfindən gurultulu alqışlarla qarşılandı.