4 noyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 08 noyabr Zəfər gününə həsr olunmuş Bakı Musiqi Akademiyasının “Fortepiano” və “İfaçılıq” fakültələri tələbələrinin birgə iştirakı ilə təntənəli konserti keçirildi.
Konsertdə Aydan Hacıəhmədova (violin), Rüfət Məmmədov (klarnet), Gülzar Hüseynova (vokal), Rauf Məmmədzadə (vokal), Şəkərxanım Cavadzadə (fortepiano), Zümrüd Əlizadə (fortepiano), Qönçə Verdiyeva (fortepiano), Şəms Əsgərova (fortepiano), “Detache-sabah” violinoçular ansamblı (bədii rəhbər Xalq artisti Zəhra Quliyeva) məharətlə çıxış etdilər.
İstedadlı tələbələri Tomris Hüseynova, Dilarə Kərimova, Ülviyyə Dadaşova, Səbinə Muradova müşayiət etdilər.
Zəngin konsert proqramında Ağa Əliyevin “Rondo” (Fikrət Əmirovun xatirəsinə həsr olunmuşdur), Pablo Sarasatenin “Bask kapriççiosu”, Həsən Rzayevin “Çahargah”, Tofiq Quliyevin “Mehriban diyar, Azərbaycan!”, İohannes Bramsın “Macar rəqsi”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, Frederik Şopenin Etüd op.10 no.12, Adil Bəbirovun “Sonata”, Müslüm Maqomayevin “Baharlı yurdum”, Elza İbrahimovanın “Ey vətən!” əsərləri dinləyicilərə təqdim olundu.
Bayram ab-havalı konsert tədbiri tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.
Tədbir həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” layihəsi çərçivəsində keçirilmişdir.