• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 oktyabr 2024-cü il

    2024-cü il oktyabrın ayının 21-22 tarixlərində Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor,

    Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri (YUNESKO Departamentinin statusu) Qalina Mayarovskaya və Akademiyanın professor heyəti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına səfəri təşkil olunmuş, gənc musiqiçilərlə ustad dərslər keçib, mühazirələrlə çıxış etmişlər.

    Səfər çərçivəsində 22 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Qnesin adına Rusiya Musiqi Akademiyasının və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə təntənəli konserti keçirildi.
    Öncə Xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli bütün qonaqları salamlayaraq, iki ölkənin Musiqi Akademiyası arasında bağlanan memorandomun  mahiyyətindən danışdı.
    Sonra Qnesin adına Rusiya Musiqi Akademiyasının rektoru, professor, Rusiya hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının təhsil sahəsi üzrə fəxri işçisi Aleksandr Rıjinski, Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor, Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri Qalina Mayarovskaya da layihəni  dəstəkləyərək, hər iki dost ölkənin mədəniyyət əlaqələrini gücləndirən memorandumun əhəmiyyətindən söz açdılar.
    Tədbirin mötəbər qonaqları sırasında olan Rusiyanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Pavel Kuznetsov və Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov da ürək sözləri ilə çıxış edərək, belə möhtəşəm tədbirin ərsəyə gəlməsində bütün təşkilatçılara və iştirakçılara dərin minnətdarlığını bildirdi.

    Konsert Qnesin adına Rusiya Musiqi Akademiyasının rektoru, professor, Rusiya hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının təhsil sahəsi üzrə fəxri işçisi Aleksandr Rıjinskinin dirijorluğu ilə Xalq artisti, professor Gülbacı İmanovanın olduğu Azərbaycan Dövlət Xor Kapellasınınifası ilə başladı.