• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 sentyabr 2024-cü il

    24 sentyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti təntənəli konsert keçirildi.

    Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Aydın Əliheydər, Rüfət Məmmədov, Nəzrin Qulamova, Cavidan Rəsulov, İluzər İbrahimzadə, Hidayət Sadıqbəyli, Cəmil Sədizadə, Zümrüd Əlizadə, Özcan Cabbari, Əbdüləli Hüseynli, Elina Əliyeva, Xəlil Mütəllibov, Nərmin Günəşova, Məhəmmədəli Paşazadə, Elçin Məmmədov, Səməd Novruzov (müşayiət edir Əməkdar artist Nigar Məlikova) məharətlə çıxış etdilər.

    Zəngin konsert proqramında N.Əliverdibəyovun  “Bayatı Şiraz”, V.Rəhimovun Fortepiano üçün 2 pyes, H.Rzayevin “Çahargah”, F.Əmirovun “Ekspromtlar”, N.Burgmüller-“Duet", E.Əfrasiyabın “Üzeyir Hacıbəyli əsərlərinə “Parafraz”, A.Navabın Fortepiano üçün sonata - I hissə, F.Listin “Грезы любви”, A.Şnitkenin “Polka”, T.Quliyevin “Qaytağı”, Ü.Hüseynzadənin Violin və fortepiano üçün 1 pyes, S.Raxmaninovun Etud Op. 39 No. 4 h-moll, S.Prokofyevin “Merkuzio”, N.Əliverdibəyovun “Elegiya”, F.Listin “Transcendental etude” no.8 "Wilde Jägd", sonda isə C.Verdinin “Riqoletto” operasından Hersoqun ariyası, Ü.Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyasından – Əsgərin mahnısı - əsərləri ilə konsertin coşqulu kuliminasiyası səsləndirildi.

    Tamaşaçıların qəlbini fəth edən və gurultulu alqışlarla qarşılanan konsert tədbiri yaddaşlarda xoş izlər buraxaraq sona çatdı.