• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 dekabr 2023-cü il

    Məktəb-studiya şagirdlərinin “Yeni il” konserti

    28 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası şagirdlərinin “Yeni il” konserti keçirildi. Məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda xanım Məmmədova konserti açıq elan etdi. O, iştirakçılara uğur diləyərək onlar arasında ilk səhnə həyəcanını yaşayan şagirdləri xüsusilə diqqətə çatdırdı.

    Konsert proqramı zərb alətlərinin ifası ilə başladı. Firuz Hüseynovun 6-ci sinif şagirdi Mirzəzadə Miraqil (ksilofon), 7-ci sinif şagirdi Məmmədov Rüfət (vibrafon), 8-ci sinif şagirdi İbrahimov Məhəmmədəli (marimbafon) Volfgang Sonntagın “Bluerida” əsərinin ifası ilə iştirakçıları bayram əhval-ruhiyyəsinə köklədilər.

    Fortepiano ixtisası üzrə Əməkdar müəllim Nərgiz Mansurovanın 4-cü sinif şagirdi Əliyeva Səidə Frederik Şopenin “Unudulmuş vals” (a-moll), 11-ci sinf şagirdi Abdullayeva Zeynəb Frederik Şopenin 1 № li Etüdünü (As-dur op. 25), dosent Sevda Məmmədovanın 5-ci sinif şagirdi Qasımlı Mikayıl Azər Dadaşovun D-dur Sonatinasını (I hissə), 3-cü sinif şagirdləri – Zeynalova Sofiya Fikrət Əmirovun “12 miniatür” silsiləsindən “Aşıqsayağı”, Qasımlı Nadir Manfred Şteçerin “Blues”, 2-ci sinif şagirdi Əşrəfzadə Selcan Nikolay Mordasovun «Старый мотив», Əməkdar müəllim Ayşə Əliyevanın 1-ci sinif şagirdləri – Budaqova Aidə «Вечерком красна девица» Rus xalq mahnısı, Tatyana Salyutrinskaya «Палочка-выручалочка» Ukrayna xalq mahnısı, 2-ci sinif şagirdi Abbaslı Mehriban Mutsio Klementinin Sonatina (I hissə), 8-ci sinf şagirdi Əhməzadə Fəxriyyə Fikrət Əmirovun “12 miniatür” silsiləsindən “Vals”, Nuranə Zeynalovanın 5-ci sinif şagirdi Məmişov Nihad Yozef Haydnın “Divertisment” (Sonata-partita) C-dur (I hissə), 6-cı sinif şagirdi Bağırzadə Rauf Azər Dadaşovun “Aşıqvarı”, 3-cü sinif şagirdi Kərimli Mehdi Jiri Bendanın a-moll Sonatinasını  (I hissə), 2-ci sinif şagirdi İsmayılova Məryəm  “Bəri bax” Azərbaycan xalq mahnısı  əsasında “Yumoreska” (işləyəni – Esmiralda Cəbrayılbəyova), Əməkdar müəllim, dosent Mədinə Tuayevanın 2-ci sinif şagirdi Musayeva Mədinə Vladimir Korovitsınin «Первая проталинка», Nərminə Əliverdizadənin 3-cü sinif şagirdləri – Rüstəmxanlı Sabir Nikolay Mordasovun “Давным-давно”, Bayramova Safira Tofiq Quliyevin “Cəmilənin albomu” silsiləsindən “Seva velosipeddə”, Sevinc Sultanovanın 3-cü sinif şagirdi Mirzəbəyli Minaxanım Fikrət Əmirovun “Məzəli rəqs”, Dilarə Salayevanın 2-ci sinif şagirdi Əsədullayeva Həcər Azər Dadaşovun C-dur Sonatinasını (III hissə), ümumi fortepiano fənnindən 7-ci sinf şagirdi Qədimova Maryam Karlos Qardelin Tanqo, ansambl nümunəsində 5-ci sinif şagirdi Abdullalı Nuray (fleyta) “Sarı gəlin” Azərbaycan xalq mahnısını 10-cu sinif şagirdi Sumra Hümmətovanın fortepianoda müşayiəti ilə ifa etdi.

    Violin ixtisası üzrə Əməkdar müəllim, professor – Məleykə Əhədzadənin 6-cı sinif şagirdi Əfəndizadə Səid Volfqanq Amadey Motsartın “Немецкий танец” əsərini təcrübəçi-tələbə Aysel Məmmədlinin müşayiətilə, dosent Gülnarə Quliyevanın 6-cı sinif şagirdi Zeynallı Rəna Karl Bomun «Испанский танец» əsərini təcrübəçi-tələbə Aidə Nurəliyevanın müşayiətilə, Nairə Qulamovanın 5-ci sinif şagirdi Mirzəzadə Emiliya Nikolay Rakovun “Gəzinti” əsərini təcrübəçi-tələbə Şüküfə Əlizadənin müşayiətilə ifa etdi.

    Vokal ixtisası üzrə Ofeliya Axundovanın 8-ci sinif şagirdi Əhmədova Dərya Vincenzo di Chiaranın “La spaqnola”, 5-ci sinif şagirdi Ağakişiyeva Emiliya Vasif Adıgözəlovun “Bakı” əsərlərilə çıxış etdilər.

    Fleyta ixtisası üzrə Nəzrin Əmirlinin 2-ci sinif şagirdləri – Yolçuzadə Leyla (blok-fleyta) Volfqanq Amadey Motsartın “Ariya” əsərini təcrübəçi-tələbə Fatimə Cəfərzadənin müşayiətilə,  Yolçuzadə Cəmilə İohann Krigerin “Burre” əsərini təcrübəçi-tələbə Günel Mustafayevanın müşayiətilə ifa etdilər. Kiçik yaşlarından səhnə alqışlarına qərq olan ifaçılar artıq ilk uğurun sevincini yaşadılar.

    Şagirdlər konsert ifaları ilə müəllim və valideynlərinə sevincli dəqiqələr bəxş etdilər. Rəhbərlik tərəfindən tədbirdə çıxış edən şagirdlərin hər birinə Yeni il hədiyyəsi təqdim edildi.

    Tutu Hüseynova

    Musiqişünas