• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 dekabr 2023-cü il

    26 dekabr 2023-cü il tarixində SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri Fərhad Bədəlbəyli və dirijor Ramiz Məlik Aslan kimi görkəmli musiqiçilər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında əzəmətli ifaları ilə çıxış etdilər. 

    Azərbaycan Respublikasının Xalq artisti Ramiz Məlik-Aslanovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin müşayiətilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin ifasında Edvard Qriqin Piano və Orkestr üçün Konsertinin təntənəli  (a moll, op.16) ifası geniş auditoriya kütləsinin zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı. 

    Konsertin final nöqtəsi rektor F.Bədəlbəylinin doğum günü münasibətilə şamlarla bəzədilmiş tortun səhnəyə gətirilməsi oldu.

    Sonda Fərhad Bədəlbəyli də öz növbəsində təbriklərə, xoş arzulara görə hər kəsə dərin minnətdarlığını və təşəkkürünü bildirdi.