• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 oktyabr 2023-cü il

    25 oktyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında Əməkdar müəllim, BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının müdiri, professor Gülnarə Acalovanın 75 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    Konsert gecəsində BMA-nın professor-müəllim kollektivi Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya,  Nigar Məlikova, Könül Hüseynova, Kamilla Sədirxanova, Afaq Aşumova, Nərgiz Kəngərli, Anar Seyidov və G.Acalovanın tələbələri, həmçinin sinfinin məzunları Camalə Abdinzadə, İsmayıl Zeynalov, Müşfiq Quliyev, Nərgiz Kərimova, Nərminə İsmayılova öz ürək sözlərini, arzularını bir-birindən maraqlı musiqi nömrələri ilə yubilyara çatdırdılar.

    Sonda Bakı Musiqi Akademiyasının SABAH qrupunun xorunun  (Bədii rəhbər Dmitriy Babayev) parlaq ifası ilə tədbir sona çatdı.

    Bayram ab-havalı konsert gecəsi unudulmaz anlarla yaddaşlara həkk olundu.