• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9-11 iyun 2023-cü il

    Fikrət Əmirovun “Azərbaycan elləri” əsəri VIII Beynəlxalq “Dobrovidenye” Xalq Mahnısı Festivalında səsləndi 

    Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi Məktəb-studiyasının məzunu, hazırda isə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov 9 iyun tarixində Petropavlovskaya qalası ərazisində yerləşən Sankt-Peterburqun Dövlət Tarix Muzeyində keçirilən “Dobrovidenye” VIII Beynəlxalq Xalq Mahnısı Festivalının açılışında iştirak etmişdir. Tədbirdə Teymur Kazımovun ifasında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Azərbaycan elləri" kompozisiyası səsləndi.Dobrovidenye musiqi festivalı 2016-cı ildən Sankt-Peterburqda keçirilir. Burada Rusiyanın müxtəlif regionlarından, MDB (СНГ) və digər ölkələrdən yaradıcı kollektivlər toplanır. “Dobrovidenye” iştirakçıları mahnılar, rəqslər və rituallardan bəhs edir, xalq musiqisi və rəqs irsinin ən yaxşı nümunələrini nümayiş etdirirlər. Xalq mədəniyyətinin inkişafı, xalqlar arasında dostluğun möhkəmləndirilməsi festivalın əsas məqsədidir.

    Bu il iyunun 9-dan 11-dək üç gün ərzində şəhərin müxtəlif məkanlarında Rusiya, Çin, Hindistan, Moldova, Azərbaycan və Belarusdan yüzdən çox yaradıcı kollektivin və ifaçıların iştirak etdiyi konsertlər keçirilib.

    Sevindirici haldır ki, bu il festivalda bizim həmyerlimiz Teymur Kazımov da uğurla çıxış etmişdir.

    «Azərbaycan elləri» Фикрета Амирова прозвучало на VIII Международном фестивале народной песни «Добровидение»

     

      Лауреат международных конкурсов, выпускник Средней специальной музыкальной Школы-студии Бакинской музыкальной академии имени Узеира Гаджибейли, а ныне студент Санкт-Петербургской консерватории имени Н.А.Римского-Корсакова, лауреат Международных конкурсов Теймур Кязымов принял участие в открытии VIII Международного фестиваля народной песни «Добровидение», которое состоялось 9 июня в Государственном музее истории Санкт-Петербурга на территории Петропавловской крепости. Теймур представил композицию выдающегося азербайджанского композитора Фикрета Амирова «Azərbaycan elləri».

      Музыкальный праздник «Добровидение» проводится в Петербурге с 2016 года, и собирает творческие коллективы из разных регионов России, СНГ и других стран. Начало фестивалю положили Герой Советского Союза, космонавт – Валентина Терешкова, Народный артист СССР Иосиф Кобзон и депутат Госдумы РФ Олег Нилов. Участники «Добровидения» рассказывают истории песен, танцев и обрядов, демонстрируют лучшие образцы народного музыкального и танцевального наследия. Выступление каждого ансамбля – это всегда яркий, захватывающий мини-спектакль, позволяющий зрителю прочувствовать не только красоту фольклорных напевов, но и духовную энергетику того или иного народа. Развитие народной культуры, укрепление дружбы между народами – главная цель фестиваля.

      В этом году в течение трех дней с 9 по 11 июня на разных площадках города прошли концерты, в которых приняли участие  более ста творческих коллективов и исполнителей из России, Китая, Индии, Молдавии, Азербайджана, Белоруссии.

      С каждым годом фестиваль обретает все больший общественный интерес и поддержку. За семь лет в фестивале приняли участие более 10 000 артистов из 15 стран и 50 регионов России, исполнено свыше 10 тысяч песен. «Добровидение» посмотрели более 100 тысяч зрителей.

    Отрадно, что на нынешнем фестивале выступил и наш соотечественник.