• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 iyun 2023-cü il

    9 iyun 2023-cü il tarixində Bakının mötəbər konsert salonlarından biri olan Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Akademik musiqi sevənlər üçün növbəti konsert keçirildi.  Pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleytada Nərgiz Əliyeva və violin Renata Abubəkirova səhnədə solo, duet  və triolar ifa etdilər. 

    Konsertin adından göründüyü kimi bu bir  "Musical journey" ("Musiqili səhayət") idi. İohan Sebastiyan Bax, Domeniko Skarlattinin əsərləri səsləndirildikdən sonra, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri ilə yanaşı, ifaçılar Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri də ifa olundu.

    Tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılanaraq, gurultulu alqış sədaları altında başa çatdı.