• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2023-cü il

    30 may 2023-cü il tarixində DTX Mədəniyyət Mərkəzi nəzdində uşaq 11 illik orta musiqi məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Talehə Əliyevanın tələbələrinin konserti keçirildi.

    Tədbirdə Toğrul Abdullayev, Günəş Cəfərova, Namiq Səlimov, İlqarə Talıbova, Nəriman Məsimov (konsertmeysterlər Tahirə Mustafayeva, Səbuhi Axundov) uğurla çıxış etdilər. 

    Konsert proqramında A.Samonovun “Yunan rapsodiyası” (kvartet), A.Sandbergerin “Sonata”(trio) əsərləri səsləndirildi. 

    İstedadlı tələbələrin parlaq ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.