• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 may 2023-cü il

    20 may 2023-cü il tarixində ADA Məktəbində 16 məktəbi təmsil edən 400 nümayəndəni bir araya gətirən Beynəlxalq BMT Modeli Konfransı keçirildi. 

    Konfransın əsas məqsədi gənc nəslin nümayəndələrinə real dünya çağırışları ilə uzlaşan qlobal düşüncə tərzini aşılamaq, onların diplomatiya və danışıqlar aparmaq bacarıqlarını təkmilləşdirmək və daha yaxşı gələcəyin formalaşdırılması istiqamətində məsuliyyət hissini inkişaf etdirməkdir.

    Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası Gənclər Fondunun Layihələrlə iş üzrə şöbəsinin müdiri Faiq Məmmədov, baş katib Riad Əlizadə çıxış etdilər. 

    Tədbirin bədii hissəsinin təşkilatçısı Nüşabə Hacıyeva Ümummilli lider Heydər Əliyevin həyat yolu haqda tamaşaçılara geniş məlumat verdi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin sevdiyi “Alagöz” mahnısı, “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı” və “Küçələrə su səpmişəm” xalq mahnısı respublika və beynəlxalq müsabiqələr laureatları Talıb İsgəndərli, Camalə Abdinzadə, Kamran Talıblı, Fəridə Abbaszadə, Fərəh Musayeva, Nigar İbadullayeva, Mirzə Səfərov və Fatimə Nəzərova tərəfindən dinləyicilərə təqdim olundu.