• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 aprel 2023-cü il

    23 aprel 2023-cü il tarixində Sergey Raxmaninovun 150 illik yubileyi münasibətilə Bakıdakı Rus evində sərgi və konsert təşkil olundu.

    Sərginin kuratoru beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyeva idi.

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında böyük pianoçunun əsərləri səsləndirildi. Axşamın xüsusi qonağı istedadlı konsertmeyster Rebekka Maqomedova ilə tandemdə çıxış edən Almaniyada yaşayan Azərbaycan Respublikasının Xalq artisti Əvəz Abdulla idi.

    Gecənin musiqi hissəsi Əməkdar müəllim, BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının müdiri, professor Gülnarə Acalova tərəfindən təşkil olunmuşdur.

    Musiqili gecədə Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx, BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, Adil Axundov istedadlı pianoçular, beynəlxalq və respublika müsabiqələr laureatları Nərgiz Kəngərli, Mirxalid Məmmədzadə, Maqsud Musazadə, Leyla Hüseynzadə, Arian Qəhrəmani ifalarını dinləyicilərə təqdim etdilər.

    Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.