• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 aprel 2023-cü il

    7 aprel 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının dosenti Gülnarə Əhmədzadə və Əməkdar müəllim Tofiq Bədirxanovun tələbələrinin konserti keçirildi.

    Konsert Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.

    Solistləri  Əməkdar artist Rəna Əliyeva, Adil Axundov, Güllübəyim Məmmədova, Fərhad Şükürov, Yuliya Heydərova, Oruc Orucov olan tədbirdə  istedadlı tələbələr Gülnar Qədirova, Əli Talıbov, Nəzrin Bayramova, Flora Umudova, Sübhiyyə Əsgərova, Hidayət Sadıqbəyli, Fatimə Cəfərzadə, Tünzalə İbrahimova uğurla çıxış etdilər. 

    Konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirildi.

    Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan konsert gurultulu alqışlarla başa çatdı.