• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 fevral  2023-cü il

     17 fevral 2023-cü il tarixində Bakıdakı Rus evində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə görkəmli musiqiçi, aktyor, rejissor, yazıçı, şair, rəssam, heykəltəraş, musiqi tarixində ən böyük opera ifaçısı kimi tanınan Fyodor Şalyapinin 150 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

    Təntənəli tədbirdə layihənin təşkilatçısı və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina musiqiçinin həyat və yaradıcılığından mühüm faktları tamaşaçılarla bölüşüb, Şalyapinin musiqi tarixindəki rolundan, eləcə də onun Bakıda keçirilən gənclik və yetkinlik illərindən bəhs etdi. Sənətkarın həyat və yaradıcılıq yolu haqqında məlumatı tamaşaçıların diqqətinə çatdırılmış sənədli kadrlar və arxiv fotoşəkilləri ilə tamamladı.

    Konsert proqramı Alyona İnyakina, Azərbaycanın Əməkdar Artisti Anton Ferştandt, BMA-nın konsertmeystrləri Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, eləcə də Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov və BMA-nın tələbələri Emin İsmayılov, Aqşin Xudaverdiyev və Atefe Qarebaqinin ifasında əfsanəvi sənətkarın repertuarından məşhur opera ariyaları, romanslar, eləcə də xalq mahnıları ilə zənginləşdirilmişdir.

    Tədbirin qonaqları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı Rauf Əliyev, bir sıra ölkələrin diplomatik korpusunun, işgüzar dairələrinin, yaradıcı ziyalıların nümayəndələri olmuşlar.