15 dekabr 2022-ci il
15 Dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan fortepiano və orqan musiqisindən ibarət “Fortepiano ifaçılığının müasir istiqamətləri” adlı fənninə həsr olunmuş sinif konserti keçirildi.
BMA-da “Fortepiano ifaçılığının müasir istiqamətləri” fənnini tədris edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas Fortepiano" kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayevanın sinfinin istedadlı tələbələri Gülbacı Muradova, Pərvin Əsgərova, Səbinə Eldarlı, Firuzə Bəylərova, Ülkər Eyvazova və Mehmanə Quliyeva, Nərminə İsmayılova, Aydan Yeşildağ, Lamiyə Sərxanova və Lalə Gözəlova konsertdə uğurla çıxış etdilər.
Konsert proqramında Nazim Əliverdibəyovun “Bayatı-Şiraz”, Ayaz Qənbərlinin “Miraj”, Cövdət Hacıyevin “Ballada”, Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Kavalkada”, Arif Məlikovun “Ötəri anlar”, Aydın Əzimovun “Prelüdlər”, Arif Məlikovun “Skertso” əsərləri dinləyicilərə təqdim olundu.
Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.