• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 dekabr 2022-ci il

    8 dekabr 2022-ci il tarixində Opera studiyasında Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının (BMA TGT) təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

    Tədbirdə ADPU-nun Tədbirlərin təşkili və Tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşı Ülvi Quluzadə, ATGTİ-nin əməkdaşı Fidan Həsənova, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının (BMA TGT) sədri Nihat Ağayev, Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (SDU TGT) sədri Elmin Novruzlu, bir sıra universitet və kolleclərin təşkilat sədrləri və 750-dən çox tələbə iştirak etmişdir.

    Tədbir Azerbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmişdir.

     ADPU TGT sədrinin  çıxışından sonra ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Sumqayıt", "Heyratı", "Qarabağ inciləri", "Xudayar təsnifi", "Azərbaycan", "İncə bellim" və "Gilavar" mahnıları ifa olunmuş, Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən "Oxu tar", "Komdenin arzuları",  "Ana", "Mən səni araram" "Üçüncü prelud", "Parafraz", "Skretso", "Laçın" musiqi nömrələri səslənmiş, ADPU TGT-nin "İnci" rəqs qrupunun təqdimatında xalq rəqsi nümayiş edilmişdir.

    Tədbir ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Şur rəngi" mahnısının ifası ilə yekunlaşmışdır.