• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 dekabr 2021-ci il

    8 dekabr 2021-ci il tarixində Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) Müstəqil Dövlətlər Birliyinin 30 illiyinə həsr olunmuş təntəli gecə keçirildi.

    Tədbir çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllimləri – Dilarə Kərimova, Nigar Heydərli, Şəkərxanım Cavadzadə, Ayan Aslanova, Kamilla İmanova, Lalə Gözəlova, İlahə Məmmədova, Cəmalə Abdinzadə, Günel Hacıyeva, Hidayət Sadıqbəyli, Əziz Pənah, Qəmbər Məmmədov, Lamiyə Sərxanova, Teymur Kazımov, eləcə də Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti - Leyla Kərimovanın iştirakı ilə bayram konserti keçirildi. Konsert proqramında Azərbaycan, rus və xarici bəstəkarların əsərləri səsləndirilmişdir.

    Konsertin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.

    Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Boçarnikov, Tacikistan və Özbəkistanın diplomatik nümayəndəliklərinin, KİV nümayəndələri, mədəniyyət müəssisələrinin nümayəndələri, gənclər təşkilatlarının fəalları, həmçinin BMA-nın professor-müəllim heyəti iştirak etmişdir.