• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 dekabr 2019-cu il

    2019-cu il 10 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XII Beynəlxalq “Future Stars” klassik musiqi festivalının açılışına həsr olunmuş konsert keçirilmişdir.


    Konsertdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, akademiyanın və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kollektivi iştirak edib.
    Tədbirdə həmçinin Uşaq Dövlət Filarmoniyasının Gənclər Simfonik orkestri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tutti” kamera orkestri də iştirak edib. Orkestrin ifasında müxtəlif əsərlər ifa olunub.
    Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.