• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 aprel 2019-cu il

    22 aprel 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın 100 illiyinə həsr olunmuş Kamera  ansamblı kafedrasının konserti keçirilib.

    Konsertdə Professor Sadıqzadə Maya və tələbələri Hüseynəliyeva Aytən, Xəlilov Əli, Cəfərov İsmayıl, Nurizadə Adilə, Hacıyeva Gülnar, Eldarlı Gülnaz, İsmayılov Ramiz, Baş müəllim Məmmədova Rimuzər və tələbələri Əzizov Ceyhun, Kərimli Qəmər, Novruzova Turanə, Baş müəllim Əliyeva Talehə və tələbələri Musayeva Gülər, Rzayeva Aytən, Həyatov Heydər, Abbaszadə Zahid, İbrahimli Nilufər və Bayramlı Camal çıxış edib. BMA-nın 100 illiyinə həsr olunmuş Kamera  ansamblı kafedrasının konsertində tələbələr xarici bəstəkarlardan J.Haydn, V.Mozart, M.Qlinka, R.Schubert və P.Hindemithin əsərlərinə müraciət edərək yüsək səviyyədə ifa ediblər. Bütüb dinləyicilər tərəfindən böyük maraqla qarşılanan konsert gur alqışlar ilə sona çatıb.